logo

Avropa çempionatı: 2 qadın güləşçimiz yarımfinala yüksəlib

15:45 14-02-2024 | icon 1295
Avropa çempionatı: 2 qadın güləşçimiz yarımfinala yüksəlib

Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

YeniAvropa xəbər verir ki, Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) finala çıxmaq uğrunda mübarizə aparacaqlar.

İdmançılar yarımfinalda, müvafiq olaraq, ukraynalı Oksana Livaç və polşalı Gil Patrisiya ilə qarşılaşacaqlar.

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kiloqram) isə təsəlliverici görüşdə gürcüstanlı Gela Bolkvadzeyə 0:9 hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.