logo

Bədii gimnastlarımız beynəlxalq turnirdə 10 medal qazanıblar

14:44 12-02-2024 | icon 756
Bədii gimnastlarımız beynəlxalq turnirdə 10 medal qazanıblar

Azərbaycanın bədii gimnastları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Queen Cup” beynəlxalq turnirində 10 medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, “Ocaq Sport” klubunun təmsilçilərindən yeddisi qızıl, biri gümüş, ikisi isə bürünc mükafata sahib çıxıblar.

Neslihan Əkbərli alətsiz, Alsu Abdullayeva alətsiz və gürzlərlə, Nilüfər Qasımova alətsiz və lentlə, Nuray Məmmədova topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İnara Abıyeva gürzlərlə hərəkətlərdə qızıl, alətsiz çıxışda bürünc, Aylin Yusifli isə gürzlərlə hərəkətlərdə gümüş, topla hərəkətlərin icrasında bürünc medallara layiq görülüblər.