Azərbaycan qılıncoynadanları Polşanın Krakov şəhərində keçirilmiş "European Cadet Circuit" turnirində bürünc medal qazanıblar.
Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, qızların yarışında Xədicə Həsənli fəxri kürsüyə qalxıb.
İdmançı yarımfinaladək Estoniya, Böyük Britaniya, Polşa, Ukrayna və Çexiya təmsilçilərinə qalib gəlib. Finalın bir addımlığında turnirin qalibi olan Ukrayna təmsilçisi Mariya Seredaya 13:15 hesabı ilə uduzan şpaqaçı 200 iştirakçı arasında 3-cü yeri tutub.
Mübarizəyə ən güclü “səkkizlik”dən start verən Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət Azərbaycan yığması ilk qarşılaşmada Çexiya seçməsini 45-42 hesabı ilə məğlub edib. Yarımfinalda Almaniyaya 40-45 hesabı ilə uduzan kollektiv bürünc medalla kifayətlənib.
Məşqçi Samirə Hüseynova yeniyetmə oğlan şpaqaçıların yarışında final qarşılaşmasını idarə edib.