Azərbaycanın çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq turnirə təyinat alıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək.
Turnir fevralın 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.