Azərbaycan taekvondoçuları Antalyada keçirilən Türkiyə açıq çempionatının ilk günündə 2 medal qazanıblar.
Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, yeniyetmələrdən ibarət yığmanın heyətində Məryəm Cəfərova (152 santimetr) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 6 rəqibini məğlub edərək birinci yeri tutub.
Gülay Əliyeva isə (160 santimetr) yarışı bürünc medalla bitirib. Azərbaycan taekvondoçusu yarımfinaladək 4 mərhələ keçib.
Qeyd edək ki, yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaqlar.