logo

AFFA Çeferinin yenidən UEFA prezidentliyinə namizədliyini dəstəkləyib

20:31 08-02-2024 | icon 1743
AFFA Çeferinin yenidən UEFA prezidentliyinə namizədliyini dəstəkləyib

UEFA Konqresi qurumun hazırkı rəhbəri Aleksander Çeferinin ilk prezidentlik müddətinin ləğvinə səs verib.

YeniAvropa xarici mətbuata istinadən xəbər verir ki, sloveniyalı funksioner 2027-ci ildə yenidən bu posta namizədliyini irəli sürə, bununla da ümumilikdə 15 il bu vəzifəni icra edə bilər.

UEFA Konqresinin qərarına yalnız İngiltərə qarşı çıxıb. Norveç, İslandiya və Ukrayna bitərəf mövqe sərgiləyib. AFFA da daxil olmaqla digər milli assosiasiyalar isə qərarı dəstəkləyiblər.

A.Çeferin isə 2027-ci ildə səlahiyyət müddəti başa çatdıqdan sonra UEFA prezidentliyinə namizəd olmayacağını açıqlayıb.

Qeyd edək ki, A.Çeferin 2016-cı ilin sentyabr ayından UEFA-ya rəhbərlik edir. O, 2019-cu və 2023-cü illərdə yenidən qurumun prezidenti seçilib.