logo

“Atabank”ın daşınmaz əmlakı açıq hərracda satılacaq

17:17 06-02-2024 | icon 3045
“Atabank”ın daşınmaz əmlakı açıq hərracda satılacaq

Fevralın 27-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan YeniAvropa-ya bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə, ev 53. (Yeni qaydalara AZ1129, Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, 6B) ünvanında yerləşən qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 190 min manatdır.

Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şosesi 27.