Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.
YeniAvropa Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, kişi voleybolçular arasında Çağırış Kubokunun 1/4 final mərhələsinin cavab oyununu idarə edəcək.
E.Əliyev Türkiyədə “Arkas Spor” və Yunanıstanın “Olimpiakos” komandası arasında keçiriləcək qarşılaşmada ikinci hakim vəzifəsini yerinə yetirəcək. İlk görüşdə qonşu ölkə rəqibinə 3:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, görüş fevralın 7-də Atatürk Voleybol İdman Kompleksində keçiriləcək.