logo

Bakıda xəstənin 5 orqanında eyni vaxtda cərrahi əməliyyat aparılıb

11:33 06-02-2024 | icon 24451
Bakıda xəstənin 5 orqanında eyni vaxtda cərrahi əməliyyat aparılıb

Son dərəcə ağır vəziyyətdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilən pasiyentin eyni vaxtda 5 orqanı üzərində cərrahi əməliyyat həyata keçirilib. 5 saatdan artıq davam edən əməliyyat uğurla başa çatıb.

TƏBİB-dən YeniAvropa-ya bildirilib ki, əvvəllər bir neçə özəl xəstəxanaya müraciət edən və bu üsulda əməliyyatın qeyri-mümkünlüyü bildirilən 1955-ci il təvəllüdlü şəxs hazırda özünü yaxşı hiss edir.

Məlumatda bildirilir ki, tibb müəssisəsinin II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynov tərəfindən mədəaltı vəzin başının xərçəngi diaqnozu qoyulan xəstə üzərində distal qastrektomiya, duodenumektomiya, xolesistektomiya, pankreasın başının rezeksiyası, omentumektomiya, D2 limfodisseksiya əməliyyatları icra olunub.

Əməliyyatdan sonra pasiyentin vəziyyətində yaxşılaşma müşahidə edilib və bir neçə gün zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.