Taekvondo üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilmiş beynəlxalq turniri 4 medalla başa vurub.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, G2 kateqoriyalı yarışda 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani həlledici görüşdə uduzaraq ikinci yeri tutub.
Yığmanın digər üzvləri – kişilərdən Cavad Ağayev (74 kiloqram), qadınlardan isə Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kiloqram) bürünc medalın sahibi olublar.
Qeyd edək ki, Azərbaycan turnirdə 11 taekvondoçu ilə təmsil olunub.