logo

“Axiom-3” missiyasının Yerə qayıdışı 3 günlük təxirə salınıb

12:11 03-02-2024 | icon 2219
“Axiom-3” missiyasının Yerə qayıdışı 3 günlük təxirə salınıb

Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Axiom-3” missiyasının Yer kürəsinə qayıdışı fevralın 5-nə təxirə salınıb.

YeniAvropa xəbər verir ki, "SpaceX" kompaniyası bu barədə özünün sosial media hesabında məlumat yayıb.

Məlumatda qayıdışın başqa vaxta keçirilməsinin Florida sahillərində yaranan əlverişsiz hava şəraiti ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, 2023-cü il sentyabrın 12-də NASA və “Axiom Space” Alper Gezeravcı da daxil olmaqla “SpaceX AX-3” kommersiya missiyasının ekipajının formalaşdırıldığını elan edib. 2024-cü il yanvarın 18-də türkiyəli astronavt missiyanın mütəxəssisi qismində “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya uçub.