Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
YeniAvropa AMB-yə istinadla xəbər verir ki, bu il fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 613 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 997,1 milyon dollar çoxdur.