Səudiyyə Ərəbistanı Superkubok üçün Türkiyəyə ödədiyi 4,5 milyon avronu geri istəyir
Səudiyyə Ərəbistanı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.
YeniAvropa xarici mətbuata istinadən xəbər verir ki, yerli təşkilat komitəsi ötən ilin dekabrında paytaxt Ər-Riyadda “Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçirilməli olan Türkiyə Superkuboku uğrunda oyun üçün ödənilmiş 4,5 milyon avronun geri qaytarılmasını istəyib.
Həmin məbləğin az hissəsi TFF-nin, yerdə qalanı isə klubların hesabına köçürülüb.