logo

Bu gün Bakıda Beynəlxalq Çövkən Federasiyası təsis  edilir

12:32 01-02-2024 | icon 1519
Bu gün Bakıda Beynəlxalq Çövkən Federasiyası təsis  edilir

Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar Baş Assambleya keçirilir.

YeniAvropa xəbər verir ki, tədbirdə qurumun prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilər keçiriləcək.

Assambleyada dünyanın bütün qitələrindən ümumilikdə 19 ölkə iştirak edir. Əvvəlcə qurumun əsasnaməsinin formatı təsdiqini tapacaq.

Tədbirdən öncə jurnalistlərə açıqlama verən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev bunun çövkən idmanı üçün tarixi an olduğunu bildirib: “İlk dəfədir ki, Azərbaycanda idman növünün beynəlxalq federasiyası qurulur. Fevralın 2-də qurumun yaranması barədə ətraflı məlumat veriləcək”.