logo

“Azərsığorta” ləğv olunub

22:13 31-01-2024 | icon 3976
“Azərsığorta” ləğv olunub

Prezident İlham Əliyev yanvarın 31-də Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən, "Azərsığorta" ləğv edilib.

Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi fərmandan irəli gələn məsələləri həll etməlidir.

"Azərsığorta" 2022-ci ili 10,453 milyon manat zərərlə başa vurub. Bu, 2021-ci illə müqayisədə 26,9% azdır.

2023-cü il yanvarın 1-nə “Azərsığorta”nın aktivləri 17,298 milyon manat olub ki, bu da illik müqayisədə 64,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 46 % azalaraq 24,509 milyon manata düşüb, 3,784 milyon manatlıq balans kapitalı isə 7,21 milyon manatlıq kapital çatışmazlığı ilə əvəz olunub (yəni, kapitalı mənfiyə düşüb). Bu isə faktiki müflislik deməkdir.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.