logo

“Qəbələ”də Türkiyəli məşqçi

16:32 31-01-2024 | icon 1645
“Qəbələ”də Türkiyəli məşqçi

“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib.

Klubdan YeniAvropa-ya verilən məlumata görə, Çağlar Volqa “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. Türkiyəli çalışdırıcı Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

46 yaşlı mütəxəssisin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.

Ç. Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztepe”, “Altınordu”, “Altay”, “Erzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb.

Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Erzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.