logo

Ukrayna ordusunun sayı hazırda 880 min nəfərdir-Zelenski

12:12 29-01-2024 | icon 1547
Ukrayna ordusunun sayı hazırda 880 min nəfərdir-Zelenski

Hazırda Ukrayna Silahlı Qüvvələrində təxminən 880 min hərbçi xidmət edir.

YeniAvropa xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu rəqəmi "ARD" telekanalına müsahibəsində səsləndirib. Dövlət başçısı, həmçinin müharibə başlayandan bəri 6,5-7,5 milyon nəfərin ölkəni tərk edərək xaricə getdiyini deyib.

Volodimir Zelenski 2023-cü ilin dekabrında Ukrayna Quru Qoşunlarında şəxsi heyətin sayının 600 min nəfərdən çox olduğunu bildirmişdi. 2022-ci ilin fevral ayında isə Ukrayna Silahlı Qüvvələrində 260 minə yaxın hərbçi xidmət edirdi ki, bunun da təxminən 250 min nəfəri quru qoşunlarında idi.