Bu gün Azərbaycanın daha dörd cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-Pri turnirində mübarizəyə qoşulacaq.
YeniAvropa xəbər verir ki, yarışın ikinci günündə kişilərin mübarizəsində Rəşid Məmmədəliyev (73 kiloqram) Cənubi Koreya təmsilçisi Heonçeoi Kanq, Nurlan Osmanov (73 kiloqram) fransalı Reda Sedduki ilə qarşılaşacaq.
Səid Mollayi (81 kiloqram) Adrian Qandya (Puerto-Riko) / Laçlan Morhead (Böyük Britaniya) cütünün güclüsü ilə, Zelim Tçkayev (81 kiloqram) isə Xorxe Peres (Çili) / Aurelien Bonferroni (İsveçrə) görüşünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Qran-Pri turnirinin ilk günündə Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram) və Kamran Süleymanov (66 kiloqram) isə bürünc medalın sahibi olublar. Yarışa yanvarın 28-də yekun vurulacaq.