logo

"Qarabağ"ın rəsmi himni təqdim edilib

22:56 26-01-2024 | icon 1365
"Qarabağ"ın rəsmi himni təqdim edilib

"Qarabağ" klubu rəsmi himnini təqdim edib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, 2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir.

Musiqi ideyası möhtəşəm Qarabağ Zəfərindən və klubun beynəlxalq arenada qazandığı qələbələrdən qaynaqlanır.

Himn ötən il iyunun 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa edilib və səsyazması olub.