logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb

10:50 26-01-2024 | icon 784
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 86 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 44 cinayətin açılması təmin edilib.

Axtarışda olduğuna görə ümumilikdə 143, o cümlədən borclu şəxs qismində axtarılan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 65 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.