logo

Özbəkistan ildə 50 min  elektromobil istehsal edəcək

20:50 25-01-2024 | icon 1876
Özbəkistan ildə 50 min  elektromobil istehsal edəcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Çinin "BYD" şirkətinin rəhbəri Van Çuanfu hibrid və elektromobillərin yığılması layihəsinə start veriblər.

YeniAvropa  Özbəkistan mətbuatına istinadla xəbər verir ki, mərasim Ş.Mirziyoyevin Çinə səfəri çərçivəsində "BYD"nin Şençjendəki baş qərargahında baş tutub.

Qeyd edilib ki, illik 50 min ədəd istehsal gücünə malik müəssisə Özbəkistanın Cizak regionunda fəaliyyət göstərəcək.

Ş.Mirziyoyev yaxın gələcəkdə model çeşidinin genişləndirilməsi və istehsal gücünün artırılmasının vacibliyinə diqqət çəkib.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi və Çinin "BYD" şirkəti arasında elektrik və hibrid avtomobillərin və onların komponentlərinin istehsalının təşkili üçün investisiya sazişi imzalanıb.