logo

Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başlayıb

15:35 24-01-2024 | icon 2625
Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başlayıb

Azad edilmiş ərazilərin dirçəlişinə dəstək verməyə davam edən “Bakcell” Xankəndi şəhərində rəsmi diler mağazasını təqdim edən ilk mobil operator oldu.

YeniAvropa xəbər verir ki, yanvarın 24-dən etibarən, Qarabağ universiteti ilə üzbəüz ünvanda yerləşən “Bakcell” mağazası müştərilərə yüksəksürətli və innovativ rabitə xidmətlərini təqdim edir.

Xankəndi şəhərində yeni mağazanın fəaliyyətə başlamasının şirkət üçün çox önəmli nailiyyət olduğunu vurğulayan “Bakcell” şirkətinin Baş icraçı direktoru Klaus Müller bildirib: “Əsas məqsədimiz Qarabağ və Şərqi Zəngəzur bölgələrini qısa müddət ərzində ölkənin ən sürətli şəbəkəsinə qoşmaqla “Bakcell” şirkətinin innovativ məhsullarını bütün abunəçilərə təqdim etməkdir”.

Qeyd edək ki, “Bakcell” şirkəti işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran kimi yaşayış məntəqələrinin mobil şəbəkə ilə əhatə edilməsini qısa zamanda təmin edib. Həmçinin, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının əhalinin məskunlaşdığı və infrastruktur işlərinin aparıldığı ərazilərdə “Bakcell” şəbəkəsi abunəçilərə təqdim edilib.

file..+0++1

file..+0++1-00