logo

Azərbaycan-İraq iqtisadi-ticari əlaqələri müzakirə edilib

13:31 24-01-2024 | icon 1561
Azərbaycan-İraq iqtisadi-ticari əlaqələri müzakirə edilib

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov yanvarın 24-də bu ölkənin ticarət naziri Atır Əl-Ğureyri ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə ikitərəfli iqtisadi və ticari əlaqələrin mövcud vəziyyəti, həmçinin inkişaf perspektivləri müzakirə olunub.

Səfir N.Məmmədov həmsöhbətinə Azərbaycanda aparılan iqtisadi islahatlar, yaradılan nəqliyyat infrastrukturu, o cümlədən Ələt Azad İqtisadi Zonası barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan İraq ilə iqtisadi-ticari əlaqələrin genişlənməsində maraqlıdır.

İraqlı nazir rəsmi Bağdadın Azərbaycan ilə bütün sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə geniş əlaqələr qurmaqda və əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı iş adamlarının və rəsmi şəxslərin səfərlərinin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub, bu istiqamətdə daha səmərəli addımların atılacağı bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.