logo

NATO müdafiə nazirləri toplanır: Ukraynaya dəstək üçün

13:57 23-01-2024 | icon 1610
NATO müdafiə nazirləri toplanır: Ukraynaya dəstək üçün

Fevral ayında NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əsas mövzu Alyansın hərbi istehsalının artırılması olacaq. Baş katib iclasın dəqiq tarixini açıqlamayıb.

Y.Stoltenberq deyib ki, sursat istehsalının artırılması Ukraynaya dəstək üçün zəruridir: “Biz Ukraynanın ehtiyaclarını görürük. Ona görə də istehsalı artırmalıyıq”.