logo

AZAL Avropanın 6 şəhərinə  endirimli aviabiletlər təklif edir

10:10 23-01-2024 | icon 1022
AZAL Avropanın 6 şəhərinə  endirimli aviabiletlər təklif edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Avropanın bir sıra məşhur istiqamətləri üzrə endirim aksiyasına start verib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, təklif çərçivəsində Praqa, London, Vyana, Berlin, Barselona və Milan şəhərlərinə daha sərfəli qiymətlərlə səyahət etmək olar. Endirimli aviabiletləri yanvarın 23-dən fevralın 1-dək əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 fevral–17 aprel tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Göstərilən istiqamətlər üzrə aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir:

- Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Milan-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 299 avro təşkil edir.

- Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 349 avrodur.

- Bakı-London-Bakı: Qetvik hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti 359 avro, Hitrou hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti isə 391 avro təşkil edir.

Qeyd edək ki, endirimli aviabiletlərin sayı məhduddur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kiloqrama qədər əl yükünün daşınmasına icazə verilir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.