logo

“Xəzri” ABŞ-dan olan basketbolçu ilə müqavilə imzalayıb

16:43 21-01-2024 | icon 1477
“Xəzri” ABŞ-dan olan basketbolçu ilə müqavilə imzalayıb

“Xəzri” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Klubdan YeniAvropa-ya verilən məlumata görə, paytaxt təmsilçisi 26 yaşlı amerikalı basketbolçu Yusuf Məhəmmədi transfer edib.

Qeyd edək ki, mərkəz hücumçusu mövqeyində oynayan Yusuf Məhəmməd son olaraq Slovakiyanın “Komarno” klubunda çıxış edib.