logo

Azərbaycan atleti Çexiyada gümüş medal qazanıb

11:22 21-01-2024 | icon 2989
Azərbaycan atleti Çexiyada gümüş medal qazanıb

Azərbaycan atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, idmançı "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 7,51 metr nəticə göstərib.

Nazim Babayev yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.