logo

“Qırmızı Körpü”də 640 yük  maşını növbə gözləməkdədir

15:15 19-01-2024 | icon 1414
“Qırmızı Körpü”də 640 yük  maşını növbə gözləməkdədir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 640 yük maşını gözləmədədir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) YeniAvropa-ya bildirilib ki, “Biləsuvar” gömrük postunda 38, Astara gömrük postunda 18, “Mazımqara” gömrük postunda 14, “Samur” gömrük postunda 45 və “Xanoba” gömrük postunda 5 yük maşını var.