logo

“Qəbələ” - “Qarabağ” oyunu təxirə salınıb

15:35 18-01-2024 | icon 2394
“Qəbələ” - “Qarabağ” oyunu təxirə salınıb

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.

YeniAvropa  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu addım Ağdam təmsilçisinin fevralın 15-də Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa”ya qarşı keçirəcəyi ilk matça daha yaxşı hazırlaşması üçün atılıb.

Bildirilib ki, qərar qəbul edilərkən “qırmızı-qaralar”ın razılığı da nəzərə alınıb.

Turun digər oyunlarının proqramı isə belədir:

17 fevral (şənbə)

16:00. “Sabah” – “Kəpəz”

“Bank Respublika Arena”.

18:30. “Səbail” – “Araz-Naxçıvan”

“ASCO Arena”

18 fevral (bazar)

15:30. “Sumqayıt” – “Turan Tovuz”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

18:00. “Neftçi” – “Zirə”

“Neftçi Arena”.