Tanınmış PR və Korporativ Kommunikasiyalar üzrə menecer Süheylə Cəfərova "Trendyol Azərbaycan"da PR və kommunikasiya direktoru təyin edilib.
YeniAvropa xəbər verir ki, o vəzifəsinin icrasına 2024-cü ilin yanvarından başlayıb.
Qeyd edək ki, S.Cəfərova uzun müddət "Bakcell" şirkətində çalışıb və 2023-cü ilin iyulunda bu şirkətdən ayrılıb.
O, daha sonra BMT-nin Bakı ofisində İnformasiya Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən il Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması “Trendyol” Azərbaycanda öz çəbəkəsini yaradıb.
Şirkət paytaxtın Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 4/189 ünvanında yerləşir.
Nizamnamə kapitalı 200 min manat olan şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı İrem Çağlı Yılandildir.