logo

Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq

11:11 18-01-2024 | icon 1379
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb.

YeniAvropa xəbər verir ki, buna avtomobilin qaz borusunu zədələməsi səbəb olub.

Hadisə ilə bağlı “Azəriqaz” İB-dən bildirilib ki, hazırda qaz xəttinin bərpası istiqamətində işlər aparılır: “Günün ikinci yarısında təbii qazın verilişinin bərpa olunacağı gözlənilir”.