İlk türk astronavt Alper Gezeravcının kosmosa yanvarın 18-nə nəzərdə tutulan uçuşu yanvarın 19-u Türkiyə vaxtı ilə saat 00:49-a təxirə salınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır açıqlama verib.
Nazir bu müddət ərzində buraxılışdan əvvəlki texniki yoxlamaların başa çatdırılmasının planlaşdırıldığını deyib.
Xatırladaq ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək “Ax-3” heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.