Avropa İttifaqı Şurası yanvarın 18-də Macarıstanın səsvermə hüququndan məhrum edilməsinə dair qətnaməni müzakirə edəcək.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, qətnamənin layihəsində müzakirələrin aparılacağı iki əsas bənd var: Macarıstanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı prosesə başlanmasına dair avropalı deputatlara çağırış və 2023-cü ilin dekabrında Budapeştə ayrılan 10 milyard avro vəsaitin qanuni olması ilə əlaqədar təhqiqatın nəticələri.
Birinci bəndlə əlaqədar olaraq, Aİ Müqaviləsinin 7.2-ci maddəsi parlamentin üçdə iki səs çoxluğunun təsdiqi ilə Macarıstanın qanunun aliliyini pozduğuna görə Avropa Şurası qarşısında ondan cavabdehlik tələb ediləcəyini və bundan sonra Aİ milli liderlərinin bu ölkənin səsvermə hüququndan məhrum edilməsinə qərar verə biləcəyini nəzərdə tutur.
İkinci məqama gəlincə, Aİ qanunvericiləri Avropa Komissiyasının Macarıstanın “şantajına” uyduğunu düşünür və Komissiyanın vəsait ayırmaq qərarının Macarıstanın məhkəmə sistemində və qanunun aliliyində obyektiv təkmilləşdirməyə əsaslanmadığını bildirir.
Qeyd edək ki, yanvar ayından Aİ Şurasına sədrlik İspaniyadan Macarıstana keçir və bu iyun ayına qədər davam edəcək.
Macarıstan baş naziri Viktor Orbanın rusiyameylli olmasını əsas götərin avropalı parlamentarlar bu ölkənin səsvermə huququnun ləğv edilməsinə çalışırlar.