Ötən il Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 39 milyard 806,9 milyon kubmetr təbii qaz nəql edilib və 2022-ci ilin eyni aylarına nisbətən 1,4 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, ötən il qaz nəqlinin 54,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz ixracı 4,7 faiz artaraq 21 milyard 800,1 milyon kubmetr təşkil edib.