Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 8,1 faiz artaraq 2023-cü il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 524,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, əmanətlərin 65,8 faizi milli, 34,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 4,8 faiz azalıb.