logo

Ötən il Azərbaycandan 39,7 milyon ton neft nəql edilib

13:31 17-01-2024 | icon 1953
Ötən il Azərbaycandan 39,7 milyon ton neft nəql edilib

Ötən il Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neftin həcmi 2022-ci ilə görə 5,2 faiz artaraq 39 milyon 753,2 min ton olub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, nəqletmənin 75,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və ötən ilin yanvar-dekabr ayları ərzində bu kəmərlə nəql edilən neftin həcmi 1,4 faiz artaraq 30 milyon 191,6 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6 faizini və ya 24 milyon 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4 faizini və ya 5 milyon 240,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.