logo

“Qırmızı Körpü”də 490 yük maşını növbə gözləyir

13:13 17-01-2024 | icon 1232
“Qırmızı Körpü”də 490 yük maşını növbə gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 490 yük maşını gözləyir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) YeniAvropa-ya bildirilib ki, “Biləsuvar” gömrük postunda 35, Astara gömrük postunda 15, “Mazımqara” gömrük postunda 14, “Samur” gömrük postunda 35 və “Xanoba” gömrük postunda 0 yük maşını var.