2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu(SİF) ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verib.
YeniAvropa xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu kreditlər 3 000-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb.
"Kreditlərin 46,4 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 43 %-i sənaye məhsullarının istehsalına, 5,5 %-i xidmət sektoruna, 4,5 %-i turizm sektoruna verilib. Güzəştli maliyyələşmənin 72 %-i regionların, 28 %-i isə Bakı və Abşeronun payına düşüb. O cümlədən, işğaldan azad edilmiş ərazilərdə icra olunan 4 layihənin maliyyələşdirilməsinə 11,5 milyon manat kredit ayrılıb", - deyə SİF-in sədri əlavə edib.