logo

Gələn ay 57 dövlət əmlakı hərraca çıxarılacaq

17:27 16-01-2024 | icon 1652
Gələn ay 57 dövlət əmlakı hərraca çıxarılacaq

Fevral ayında keçiriləcək hərraclara 57 övlət əmlakı özəlləşdirilməyə çıxarılacaq.

YeniAvropa Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, fevralın 2-də təşkil olunacaq hərraca Azərbaycan Beynəlxalq Bankına məxsus 6 əmlak çıxarılıb. Bunlardan 1-i mənzil, 2-si torpaq sahəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir.

Fevralın 6-da keçiriləcək hərraca isə 2 avadanlıq, 49 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin istehsal tarixi 1992-2014-cü illər arasında, start qiyməti 675-22.000 manat arasında dəyişir.