logo

Ölkədə qızılca ilə bağlı epidemioloji vəziyyət nəzarət altındadır-Nazir

13:31 16-01-2024 | icon 24738
Ölkədə qızılca ilə bağlı epidemioloji vəziyyət nəzarət altındadır-Nazir

Ölkəmizdə qızılca ilə bağlı epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən nəzarət altındadır.

YeniAvropa xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

"Fürsətdən istifadə edərək, təqvimi peyvəndlərdən kənarda qalmış uşaqların valideynlərinə bir daha çağırış etmək istəyirəm. Övladlarınızın sağlamlığı, həyatı ilə oynamayın. Qızılcanın öhdəsindən gələn yeganə vasitə təqvimi peyvənddir. Peyvəndlənmənin aparılması məqsədilə istər uşaqlar, istərsə də 11-40 yaşlı vətəndaşlar üçün lazımi vaksinlər ölkəyə idxal olunub. Bütün ilkin səhiyyə xidmətləri göstərən mərkəzlərə paylanılıb və tətbiqinə başlanılıb".