Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir.
TƏBİB-dən YeniAvropa-ya bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır.
Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir. Onlardan 1-nin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.
Mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində 7 nəfərin meyiti dağıntılar altından aşkarlanaraq çıxarılıb.