logo

Quba bu il bir neçə beynəlxalq turnirə ev sahibliyi edəcək

14:24 15-01-2024 | icon 2338
Quba bu il bir neçə beynəlxalq turnirə ev sahibliyi edəcək

"Qubanın 2024-cü ilin idman paytaxtı seçilməsi təsadüfi deyil. Bu il burada müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və tədbirlər keçiriləcək".

YeniAvropa xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

20-dən artıq idman federasiyasının tədbirdə iştirak etdiyini bildirən nazir Qubada il ərzində müxtəlif yarışların keçiriləcəyini vurğulayıb: “Quba həmçinin bu il beynəlxalq turnirlərə ev sahibliyi edəcək. Dövlət tərəfindən yaradılan şərait burada müxtəlif yarışları keçirməyə imkan verir".

Quba İdman Kompleksinin ötən ilin ən aktiv idman obyekti seçildiyini xatırladan nazir əlavə edib: "Ölkədə fəaliyyət göstərən 50 metrlik dörd hovuzdan biri məhz buradadır. Digər komplekslərimizdə də belə yüksək səviyyəli şəraitin yaradılması, yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Hətta bir çox kompleks artıq tam təmir olunub. Həmçinin paytaxt və regionlarda yeni idman qurğuları istifadəyə verilib. İnanırıq ki, bu qurğular nəticəsində idmanımız daha da inkişaf edəcək, müxtəlif növlər üzrə milli komandalarımıza yeni idmançılar cəlb olunacaq".