logo

Bakıda badminton üzrə lisenziya turniri keçiriləcək

13:31 15-01-2024 | icon 1708
Bakıda badminton üzrə lisenziya turniri keçiriləcək

Bakı bu il badminton üzrə “Azerbaijan International 2024” beynəlxalq turnirinə ev sahibliyi edəcək.

Federasiyadan YeniAvropa-ya  verilən məlumata görə, dünyanın dörd bir yanından badminton nəhənglərini bir araya gətirəcək yarış fevralın 8-də start götürəcək.

“Paris-2024” Yay Olimpiya Oyunlarına təsnifat xarakterli turnir Bakı İdman Sarayında keçiriləcək.

Yarışa fevralın 11-də yekun vurulacaq.