logo

Binəqədi rayonunda mebel sexi yanır

12:12 15-01-2024 | icon 8484
Binəqədi rayonunda mebel sexi yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan ilkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.