Bakıda gimnastika üzrə üç Dünya Kuboku keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından bildirilib. Qeyd edilib ki, 2024-cü ilin ilk mötəbər turniri fevralın 23-25-də batut gimnastikası və tamblinq üzrə olacaq.
Yarış Milli Gimnastika Arenasında(MGA) keçiriləcək.
Bundan əlavə, MGA, həmçinin, martın 7-10-da idman gimnastikası, aprelin 19-21-də isə bədii gimnastika üzrə Dünya Kubokuna da ev sahibliyi edəcək.