logo

Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda qəza olub-1 nəfər ölüb,3 nəfər yaralanıb

14:14 13-01-2024 | icon 8078
Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda qəza olub-1 nəfər ölüb,3 nəfər yaralanıb

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, "BMW" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan digər sərnişinlər - 2002-ci il təvəllüdlü Emin Xudiyev, 2003-cü il təvəllüdlü Nərmin Təhməzova, 1998-ci il təvəllüdlü  Leyla Qocayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Ölən və xəsarət alanların hamısı Bakı şəhər sakinidirlər.

Faktla bağlı araşdırma aparılır.