Böyük Britaniya Ukrayna üçün yeni pilotsuz uçuş aparatlarının(PUA) istehsalına başlayır.
YeniAvropa xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş naziri Rişi Sunak Ukrayna prezidenti Volodimir Zelenski ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
"Bununla bağlı 200 milyon funt sterlinqlik üç qrant layihəsi var. Ukrayna ordusu üçün həm Ukraynada, həm də xaricdə pilotsuz təyyarələrin istehsalına başlayacağıq" - R.Sunak bildirib.