logo

Bu günə olan Bakı-Tbilisi reysi təxirə salınıb

12:21 12-01-2024 | icon 1169
Bu günə olan Bakı-Tbilisi reysi təxirə salınıb

Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar “Georgian Wings” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna yanvarın 12-nə nəzərdə tutulan reysi ləğv edilib.

Beynəlxalq Aeroportdan YeniAvropa-ya bildirilib ki, milli aviadaşıyıcımız AZAL-ın Bakı-Tbilisi və əks istiqamətdə bu günə olan bütün uçuşlarının cədvəl üzrə yerinə yetirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sərnişinlər uçuş statusu haqqında əlavə məlumatı Bakı hava limanının veb-saytında və ya aviaşirkətlərlə əlaqə saxlayaraq əldə edə bilərlər.