Fransanın yeni Avropa və xarici işlər naziri təyin olunub.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler yeni hökumətin elanı zamanı bu vəzifəyə Stefan Sejurnenin gətirildiyini bildirib.
S.Sejurne 2022-ci ilin mayından Fransa diplomatiyasına rəhbərlik edən Ketrin Kolonnanı əvəz edəcək.
Qeyd edək ki, Fransanın baş naziri Qabriel Attal bu gün yeni hökuməti formalaşıb. Daxili işlər, iqtisadiyyat və maliyyə, ədliyyə və müdafiə sahələri üzrə nazirlərin öz vəzifələrində qaldığı bildirilir.
Parisin 7-ci rayonunun meri Raşida Dati yeni mədəniyyət naziri təyin edilib.