logo

Çindən yola salınan növbəti blok qatar Bakı limanına çatıb

15:55 11-01-2024 | icon 1190
Çindən yola salınan növbəti blok qatar Bakı limanına çatıb

Çinin Sian şəhərindən göndərilən növbəti blok qatar ötən gecə Bakı limanına çatdırılıb. 55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatardakı yükün əsas hissəsini minik maşınları, plastik məhsullar, optik kabellər, parça və digər qeyri-qida məhsulları təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı limanından bildirilib.Qeyd edilib ki, idxal üçün nəzərdə tutulan və Qazaxıstanın Aktau limanından “Berkut” fider gəmisi (konteynerdaşıyan) vasitəsilə gətirilən yüklər Bakı limanında operativ formada boşaldılaraq vaqonlara yüklənib və təyinatı üzrə yola salınıb.

Qeyd edək ki, yaxın günlərdə Çində formalaşdırılan bir neçə blok qatarın da Azərbaycanın idxalı və tranzit keçməklə qərb istiqamətinə daşınması nəzərdə tutulur.